28 dekabr 2010 16:27
`Galatasaray` da `Neftçi`nin baş məşqçisinə dəvət göndərdi
Türkiyənin `Galatasaray` klubunun idman direktoru Adnan Sezginin adından `Neftçi` PFK-ya müraciət daxil olub. Azerisport.az xəbər verir ki, müraciətdə flaqmanın baş məşqçisi Arif Əsədov 4-7 yanvar 2011-ci il tarixlərdə İstanbul klubunun Antalyada keçiricəyi təlim-məşq toplanışına dəvət olunub. Arif Əsədov orada `Galatasarayın məşqində iştirak edəcək, məşqçilər korpusu ilə görüşlər keçirəcək.
