28 dekabr 2010 16:33
`Qarabağ` rəqiblərinin adlarını açıqladı
Məlum olduğu kimi `Qarabağ` qış fasiləsi zamanı Antalyada təlim-məşq toplanışı keçəcək. Azerisport.az xəbər verir ki, 28 gün ərzində qardaş ölkədə Premyer Liqanın 2-ci yarısının hazırlıqlarını davam etdirəcək Ağdam təmsilçisi Antalyada 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Artıq Qurban Qurbanovun komandasının rəqibləri də bəllidi. Yanvarın 22-də komandamız ilk yoxlama oyununa çıxacaq. Rəqib isə Qazaxıstanın əsas dəstə təmsilçisi `Ordabaşı` olacaq. Yanvarın 26-sında isə ağdamlılar Ukrayna Premyer Liqa təmsilçisi `İliçevets`lə qarşılaşacaq. Yanvarın 30-da Ruminiya çempionatının 4-cüsü `Qaz Metan Medias`la münasibətlərinə aydınlıq gətirəcək təmsilçimizin son rəqibi isə hələ müəyyənləşməyib. Fevralın 3-ü və ya 4-də baş tutacaq qarşılaşmada rəqibin kimliyinə bundan sonra aydınlıq gələcək.
