28 dekabr 2010 17:43
Ferqyusson: Berbatov 25 qol vurmasa, çempion olmayacağıq
İngiltərənin `Manchester United` klubunun baş məşqçisi Aleks Ferqyusson maraqlı açıqlamayla çıxış edib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis Britaniya mətbuatına müsahibəsində komandasının çempion olmasının böyük ölçüdə əsas hücumçuları Dimitar Berbatovdan asılı olduğunu dilə gətirib.
O, hazırda Premyer Liqada 13 qolu olan bolqar oyuncunun, 25 qol vuracağı halda, komandasının da böyük ehtimalla çempion olacağını vurğulayıb. Cari mövsüm məğlubiyət tanımayan “qırmızı şeytanlar”ın bir matç əskik olmaq şərtilə, ən yaxın rəqibi `Arsenal`ı 2 xal qabaqlayaraq, birinci pillədə yer aldığını da vurğulayaq.
