28 dekabr 2010 11:35
Azərbaycan millisi üçün daha bir sınaqçı-rəqib
Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir sınaq matçında qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, komandamız dekabrın 29-da, saat 15:30-da, Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində `Gənclik` (Bakı) komandası ilə yoldaşlıq oyunu keçirəcək.
