28 dekabr 2010 00:03
AZAL 2 futbolçusuna azad agent statusu verib, yola saldı
Qış transfer çalışmalarına start verən AZAL komandadan çıxarılacaq futbolçuları müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, bu gün klubun ofisində keçirilən görüşdə məşqçilər korpusunun üzvləri imtina edilən iki futbolçunun adını rəhbərliyə təqdim edib.
Baş məşqçi Nazim Süleymanov onun etimadını doğrultmayan legioner Marius Kazlauskas və həmyerlimiz Samir Abdulovun heyətdən kənarlaşdırılmasına qərar verib. Bunu nəzərə alan AZAL-ın rəhbərliyi hər iki futbolçunun transferə çıxarıb. Artıq həmin oyunçuların komandadan ayrıldığını demək olar.
Həm Samir Abdulov, həm də Marius Kazlauskas müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasını xahiş edib. Bunları nəzərə alan rəhbərlik adı çəkilən futbolçulara azad agent statusu verib.
