28 dekabr 2010 00:09
“Azərbaycana gözlənilməz məğlubiyyətlə işimizi çətinləşdirdiyimiz dəqiqdi”
Türkiyə millisinin və Almaniyanın `Borussia` klubunun yarımmüdafiəçisi Nuri Şahin qardaş ölkə mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, söhbət zamanı “ay-ulduzlu” komandanın çıxışına da münasibət bildirən ulduz futbolçu Bakıdakı yenilgini də yada salıb:
“Almaniya və gözləmədiyimiz Azərbaycan yenilgiləri ilə işimizi çətinləşdirdiyimiz dəqiqdi. Amma bizim bu qrupdan çıxaraq Avropa Çempionatlna qatılacağımızdan kimsənin şübhəsi olmasın. Milli komanda futbolçuları olaraq bizler buna inanırıq”.
