28 dekabr 2010 00:12

Hakimlər Komitəsindən təəccübləndirən təyinatlar

Azerisport.az Premyer Liqada cari mövsümün geridə qalan 19 turu ilə bağlı statistik araşdırmalarını davam etdirir. Bu dəfəki araşdırmalarımız da elə hakimliklə bağlıdı. Lakin ilk yazımızdan fərqli, bu dəfə həmin ədalət təmsilçilərinin elita klublarının oyunlarına hansı bölgüylə təyinat aldıqlarını aşkarlamağa çalışdıq.
 
Artıq xəbər verdiyimiz kimi, Premyer Liqanın təsnifat mərhələsinin birinci dövrəsində cəmi 114 oyun baş tutub ki, AFFA Hakimlər Komitəsi (HK) həmin qarşılaşmalarda 14 baş hakimin xidmətindən yararlanıb. Elə həmin 14 hakimin təyinat aldığı oyunlarda taleyinə aydınlıq gətirdiyi komandaların sayları da müxtəlifdi.
 
Maraqlıdı ki, hələlik geridə qalan 19 turda bütün komandaların oyununa təyinat alan referi yoxdu. Baxmayaraq ki, ən çox təyinat alan Fariz Yusifov, Elçin Məmmədov (14) və Vüsal Əliyev (13) elitada çıxış edən klubların sayından da (12) çox görüşdə fit çalmaq hüququ qazanıb. Əvəzində nə qədər qəribə olsa da, cəmi 9 oyunda ədaləti təmsil etmiş Elnur Muradovla 8 görüşü idarə etmiş Ramil Diniyev daha çox komandanın (11) oyununa təyinat almasıyla hamıdan fərqlənir. Muradov cari mövsümdə sadəcə `Qarabağ`ın oyununa təyinat almayıbsa, Diniyev də `Qəbələ`nin çıxışına şahidlik edə bilməyib.
 
Diniyevlə Muradovun əsas izləyiciləri isə elita təmsilçilərindən 10-nun oyununa şahidlik etmiş Fariz Yusifov, Elçin Məmmədov, Vüsal Əliyev və bəzi həmkarlarından az oyun idarə etməsinə rəğmən, onları qabaqlayıb, bu siyahıya düşən Əfqan Həmzəyevdi.
 
Sonuncunu çıxmaq şərtilə, adlarını çəkdiyimiz əsas qüvvənin Premyer Liqanın iki autsayder komandasının - `Simurq` və MOİK-in oyununa təyinat almaması hardasa başadüşüləndi. Lakin Elçin Məmmədovun 14 təyinatından heç birində XL-nın iştirakı ilə keçirilən oyuna göndərilməməsini, Vüsal Əliyevin AZAL ilə yollarının heç vaxt kəsişməməsini təəccüblə qarşılamamaq olmur. Hər halda özünüz aşağıdakı cədvəldən bir çox nəticələr çıxara bilərsiniz.
 
Biz isə sadəcə onu vurğulamaq istəyirik ki, HK Məmmədovu XL-nın oyunlarına təyin etmədiyi halda AZAL ilə `Qəbələ`nin görüşlərinə düz 5 dəfə (!) göndərib. Hansı ki, cari mövsüm heç bir referi eyni komandanın oyununa bu qədər təyinat almayıb. Elçin Məmmədov isə birdən-birə iki rekorda malikdi.
 
Sonda hər bir komandanın oyununa ayrılıqda neçə hakimin təyin olunmasına da xüsusi diqqət yetirməyə dəyər. Təbii ki, 19 tur ərzində baş hakim kimi təyinat alan referilərin hamısıyla yola çıxan komanda yoxdu. Bu mənada yalnız `Muğan` nisbətən digər rəqiblərindən fərqlənir. Məsələ burasındadı ki, sözügedən 14 referidən 11-i Salyan təmsilçisinin oyunlarına təyinat alıb. Yalnız Elvin Əsgərov, Əliyar Ağayev və Əmrah İbrahimov `Muğan`ın oyununu idarə etmək şansı qazanmayıb.
 
Ən az hakimlə (8) yola çıxan komandaların sayı isə 3-dü. Bunlar da `Qəbələ`, `Qarabağ` və `İnter`di. XL, `Neftçi` və `Bakı` 9 referinin rəhbərliyi altında oyuna çıxıb. Yerdə qalan iştirakçılar isə 10 ədalət təmsilçisinin fitiylə oyun keçirib.
 
Hakim/Komanda
Neftçi
XL
AZAL
İnter
Qarabağ
Qəbələ
Bakı
Gəncə
Muğan
Turan
Simurq
MOİK
Fariz Yusifov
4
4
3
3
3
2
4
2
2
1
-
-
Elçin Məmmədov
2
-
5
1
3
5
3
3
3
2
1
-
Vüsal Əliyev
1
4
-
4
2
3
4
4
1
2
-
1
Rövşən Əhmədov
3
4
3
2
4
1
1
2
2
-
-
-
Ceyhun Haşımov
2
-
1
-
2
2
-
2
2
3
4
2
Əfqan Həmzəyev
1
-
2
1
2
3
2
-
1
1
2
3
Elnur Muradov
1
1
1
3
-
1
2
1
2
3
2
1
Anar Salmanov
4
1
-
1
-
2
1
1
3
2
1
-
Ramil Diniyev
1
1
1
2
1
-
1
1
1
2
3
2
Rauf Cabbarov
-
2
1
2
-
-
-
1
1
2
1
2
Rəhim Həsənov
-
1
1
-
1
-
1
-
1
-
3
2
Elvin Əsgərov
-
1
1
-
1
-
-
2
-
-
1
4
Əliyar Ağayev
-
-
-
-
-
-
-
-
-
-
1
1
Əmrah İbrahimov
-
-
-
-
-
-
-
-
-
1
-
1
 

5 matça təyinat alıb, 4 dəfə eyni komandanın oyununu idarə edən hakim kimdi?

Fariz Yusifov `Simurq`la MOİK-in oyununa təyinat almayıb
Elçin Məmmədov XL və MOİKin oyununa təyinat almayıb
Vüsal Əliyev AZAL və `Simurq`un oyununa təyinat almayıb
Rövşən Əhmədov `Turan`, `Simurq` və MOİK-in oyununa təyinat almayıb
Ceyhun Haşımov XL, `İnter` və `Bakı`nın oyununa təyinat almayıb
Əfqan Həmzəyev XL və `Gəncə`nin oyununa təyinat almayıb
Elnur Muradov sadəcə `Qarabağ`ın oyununa təyinat almayıb
Anar Salmanov AZAL, `Qarabağ` və MOİK-in oyununa təyinat almayıb
Ramil Diniyev sadəcə `Qəbələ`nin oyunlarına şahidlik etməyib
Rauf Cabbarov `Neftçi`, `Qarabağ`, `Qəbələ`, `Bakı` oyununa təyinat almayıb
Rəhim Həsənov `Neftçi`, `İnter`, `Qəbələ`, `Gəncə`, `Turan` oyununa təyinat almayıb
Elvin Əsgərov XL, AZAL, `Qarabağ`, `Gəncə`, `Simurq, və MOİK-in oyunlarına təyinat alıb ki, onun 5 təyinatından 4-nün sonuncuların oyunlarına olması diqqət çəkir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.