28 dekabr 2010 12:48
Elvin Məmmədov `Qarabağ`la razılığa gələ bilmir
`Qarabağ` rəhbərliyi qış fasiləsi ərəfəsində heyətini gücləndirmək yönündə ilk növbdə heyətindəki futbolçuları saxlamağa çalışsa da, onların heç də hamısıyla razılığa gələ bilməyib. Azerisport.az xəbər verir ki, Ağdam klubu millimizin də şərəfini qoruyan Elvin Məmmədova müqaviləsinin müddətini artırmağı təklif etsə də, o, buna razılıq verməyib.
Çünki yarımmüdafəçi şərtlərin bir qədər də yaxşılaşdırılmasına çalışır. Bir müddət öncə `Bakı`ya keçidi gündəmdə olan Elvinin hazırkı klubuyla münasibətlərinə yaxın günlərdə tam aydınlıq gəlməlidi.
Qeyd edək ki, `Qarabağ` dünən 5 futbolçusuyla (Rauf Əliyev, Əfran İsmayılov, Maksim Medvedev, Qara Qarayev və Ansi Aqolli) müqaviləsinin müddətini artırıb.
