29 dekabr 2010 00:57

Xəzər Lənkəran: Ən çox cərimə olunan elita təmsilçisi

Azerisport.az Premyer Liqanın qış fasiləsinə qədərki mərhələsinin nəticələri, baş verən olaylarla bağlı statistik araşdırmalarını davam etdirir. Bu dəfə AFFA-nın büdcəsinə daha çox pul qazandıran, hamıdan artıq cərimə olunan klublardan söhbət açacağıq.
 
Geridə qalan 19 tur ərzində elita təmsilçiləri AFFA-nın büdcəsinə bütövlükdə 101200 manat cərimə ödəyiblər. Bunun 51200-ü futbolçuların aldığı sarı və qırmızı vərəqələrə görə ödənilibsə, yerdə qalan 50 mini digər müxtəlif qayda, qanun pozuntularına görə tutulub.
 
Asossiasiyanın büdcəsinə ən çox xeyir verən klub isə `Xəzər Lənkəran`dı. Belə ki, aşağıdakı cədvəldən də göründüyü kimi, bölgə təmsilçisi elita klubları arasında daha çox (32000 manat) ziyana düşüb. Bunun da böyük hissəsi futbolçuların aldığı vərəqələrə görə yox, komandanın ev oyunları zamanı stadionda baş verən müxtəlif tipli qanun pozuntularına, klub rəsmilərinin qaydalara əməl etməməsinə görə ödənilib.
 
AFFA-nın büdcəsinə daha çox xeyir verən komandaların sıralamasında növbəti yeri `Bakı` tutur ki, cari mövsüm işləri heç də yaxşı getməyən bu komandanın ikinci pillədə olması təəccübləndirməməlidi. Özü də maraqlıdı ki, həmin cərimələr də daha çox bu paytaxt klubunun üzvlərinin aldığı vərəqələrdən qaynaqlanır.
 
Cari mövsüm sərgilədiyi oyun və qazandığı nəticələri ilə hamını təəccübləndirən AZAL AFFA-ya cərimə ödəmək baxımından da ən aşağı göstəriciyə malik olmasıyla diqqət çəkir. Maraqlıdı ki, “təyyarəçilər” 19 tur ərzində cəmi 1 dəfə federasiyanın büdcəsinə cərimə ödəmək məcburiyyətində qalıb ki, bu da cəmi 200 manat olub.
 
AZAL-dan sonra ən az cərimə olunan klub ünvanı isə `Qarabağ`a məxsusdu. Ağdam təmsilçisi də cəmi bir dəfə cərimə ödəmək məcburiyyətində qalıb. Lakin məbləğ (1000 manat) fərqli olub.
 
Sonda onu da qeyd edək ki, XL digər səbəblərə görə daha çox cərimə ödəyən klub olduğu halda, onun əsas izləyicisi `Bakı` da vərəqələrə görə ən çox ziyana düşən elita təmsilçisidi. Bütün klubların bu aqibəti yaşadığı halda, MOİK, `Qəbələ`, `Muğan`, `Simurq`, `Qarabağ` və AZAL heç vaxt kənar amillərə görə AFFA-ya cərimə ödəməyib.
 
Klubların AFFA-ya ödədikləri cərimələr
 
 
Klublar
Vərəqələrə görə
Digər səbəblərdən
CƏMİ
XL
7000
25000
32000
Bakı
10800
1000
11800
Neftçi
2000
8000
10000
MOİK
9400
-
9400
Qəbələ
9000
-
9000
Turan
1200
7000
8200
Gəncə
3200
4000
7200
İnter
2000
5000
7000
Muğan
3200
-
3200
Simurq
2200
-
2200
Qarabağ
1000
 
1000
AZAL
200
-
200
CƏMİ
51200
50000
101200

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.