29 dekabr 2010 13:12
`Xəzər Lənkəran`ın almaq istədiyi oyunçular transferə çıxarıldı
Rumıniya `Rapid`i 6 futbolçunu transferə çıxarıb. Azerisport.az xəbər verir ki, onların arasında adı xeyli müddətdi `Xəzər Lənkəran`ın maraqlandığı iddia olunan Karlos Çesinya və Stiven Qreqori də var.
Qeyd edək ki, Rumıniya mətbuatı artıq komandamızın baş məşqçisi Mirça Rednikə istinadən bu iki futbolçunun qış fasiləsindən sonra icarə əsasında `Xəzər Lənkəran`da icarə əsasında çıxış edəcəyini də iddia edir. Bu yolda sadəcə `Rapid` rəhbərliyinin razılığını almaq qalıb. 28 yaşlı rumıniyalı Qreqori hücumameylli yarımmüdafiəçi, 30 yaşlı braziliyalı Çesinya isə hücumçudu.
