29 dekabr 2010 13:42
Rəşadın komandası `Fener`in oyunçusuna rəsmən elçi düşdü
`Eskişehirspor`un baş məşqçisi Bülənt Uyğun, ara transfer dönəmində komandasının heyətini `Fenerbahçe`nin bir oyunçusuyla gücləndirmək istəyir. Azerisport.az xəbər verir ki, bu haqda o, jurnalistlərə açıqlamasında özü məlumat verib.
Millimizin kapitanı Rəşad Sadıqovun da forma geydiyi Superliqa təmsilçisinin `Fenerbahçe`dən almaq istədiyi futbolçu müdafiəçi Biliçadı: “Biliçanı `Eskişehirspor`a almaq istəyirik. Bu futbolçunu almaq istədiyimizi klub prezidentimiz Halil Ünala da demişəm. O, artıq bu transfer üçün çalışmalara başladı”.
Uyğun onu da vurğulayıb ki, qışda çox yox, sadəcə 2 futbolçu almaq istəyindədirlər: “Sadəcə iki futbolçu alacağıq. Bu futbolçuların hər birinin iki alternativi var”.
