29 dekabr 2010 13:54
`Beşiktaş`ın futbolçusu sevgilisini döydü, polisə verildi
Türkiyənin `Beşiktaş` klubunun hücumçusu Yusuf Şimşək polisə verilib. Azerisport.az xəbər verir ki, buna səbəb onun 3 ildi gizli görüşdüyü sevgilisi Burçin Başolu döyməsi səbəb olub.
Həm də maneken olan Başolun Yusufa ayrılmaq istədiyini deməsi onların arasında qalmaqala səbəb olub. Bundan qəzəblənən futbolçu sevgilisi evdən çıxmağa hazırlaşarkən ona yumruq atıb. Polisə verilən futbolçunun özü də ifadəsində sevgilisini vurduğunu etiraf edib.
