29 dekabr 2010 14:12
AFFA-nın büdcəsini Fariz Yusifov doldurur
Azerisport.az Premyer Liqanın qış fasiləsinə qədərki dövrüylə bağlı statistik araşdırmalarını davam etdirir. Bundan əvvəlki araşdırma yazımızda sizi AFFA-ya daha çox cərimə ödəmək məcburiyyətində qalan klublarla tanış etmişdik. Bu dəfə isə, klubları həmin cərimələrlə baş-başa qoyan hakimlərin bu yoldakı fəaliyyətindən söz açacağıq.
Xəbər verdiyimiz kimi, geridə qalan 19 tur ərzində elita təmsilçiləri AFFA-nın büdcəsinə bütövlükdə 101200 manat cərimə ödəyiblər. Bunun 51200-ü futbolçuların aldığı sarı və qırmızı vərəqələrə görə ödənilibsə, yerdə qalan 50000-i də digər müxtəlif qayda pozuntularına görə tutulub.
Yuxarıda sadalanan cərimələrin əsas səbəbkarlarına gəlincə, 19 tur ərzində baş tutan 114 oyunu bütövlükdə 14 baş hakimin idarə etməsindən də xəbərdarsız. Onların arasında cəmi 1 oyun idarə edən Əmrah İbrahimov AFFA-nın büdcəsinə heç bir gəlir gətirə bilməyib ki, bu da hardasa başadüşüləndi. Lakin onunla yanaşı Rauf Cabbarov da təyinat aldığı 6 görüşdə heç bir klubu sərt cəzalara qonaq etməyib ki, bu bir qədər təəccüblü görünür.
Məsələ burasındadı ki, Cabbarovdan da 1 oyun az idarə edən Elvin Əsgərov Premyer Liqa klublarını cərimə ödəməyə məcbur edən hakimlərin sıralamasında 3-cü yerdə gedir. Maraqlıdı ki, o, 19 tur ərzində ən çox təyinat almış (14) iki hakimdən biri olan Elçin Məmmədovdan 9 oyun az idarə etməsinə rəğmən, AFFA-ya elə onun qədər xeyir verməyi bacarıb.
Federasiyaya ən çox xeyir verən hakimlərə gəlincə, bunlar iki FİFA referimiz – Fariz Yusofovla Vüsal Əliyevdi. Klubları 25600 manat cərimə ödəməyə məcbur edən Yusifovdan azca geri qalan Əliyev isə quruma 24600 manat xeyir gətirib.
|
Hakim(oyun)
|
Vərəqələrə görə
|
Digər səbəblərə görə
|
Cəmi
|
|
Fariz Yusifov (14)
|
11600
|
14000
|
25600
|
|
Vüsal Əliyev (13)
|
9600
|
15000
|
24600
|
|
Elvin Əsgərov (5)
|
9200
|
2000
|
11200
|
|
Elçin Məmmədov (14)
|
5200
|
6000
|
11200
|
|
Ramil Diniyev (8)
|
2000
|
5000
|
7000
|
|
Anar Salmanov (8)
|
3000
|
4000
|
7000
|
|
Rövşən Əhmədov (11)
|
4000
|
2000
|
6000
|
|
Elnur Muradov (9)
|
3000
|
-
|
3000
|
|
Rəhim Həsənov (5)
|
2200
|
-
|
2200
|
|
Ceyhun Haşımov (10)
|
-
|
2000
|
2000
|
|
Əfqan Həmzəyev (9)
|
1200
|
-
|
1200
|
|
Əliyar Ağayev (1)
|
200
|
-
|
200
|
|
Rauf Cabbarov (6)
|
-
|
-
|
-
|
|
Əmrah İbrahimov (1)
|
-
|
-
|
-
|
|
CƏMİ
|
51200
|
5000
|
101200
|
