29 dekabr 2010 14:31
Vəli Qasımovun komandası üçün növbəti sınaq
Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün saat 15:30-da, Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində daha bir sınaq matçında qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, Vəli Qasımovun çalışdırdığı komandamız Bakının `Gənclik` klubuyla ilə yoldaşlıq oyunu keçirəcək.
