29 dekabr 2010 14:42
Azərbaycan çempionu PSG-ylə qarşılaşacaq
Məlum olduğu kimi, son Azərbaycan çempionu `İnter` də qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində həyata keçirəcək. Azerisport.az xəbər verir ki, yanvarın 3-də qardaş ölkəyə yollanmağı planlaşdıran paytaxt klubu orda 3 yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
“Bankirlər” yanvarın 7-də Fransanın `Paris Saint-Germain` komandasının 2-ci heyəti ilə, yanvarın 9-da Türkiyənin Bank Asya birinci liqasında çıxış edən `Altay` komandasıyla və nəhayət, yanvarın 11-də Albaniyanın güclülər dəstəsində mübarizə aparan `Skenderbeu` komandasıyla qarşılaşacaqlar.
