29 dekabr 2010 15:03

Rednikin Rumıniyada axtardığı mərkəz müdafiəçisinin kimliyi müəyyənləşdi

Rumıniya mətbuatı daha bir futbolçunun `Xəzər Lənkəran`a mümkün keçidini gündəmə gətirib. Azerisport.az xəbər verir ki, sözügedən ölkədən olan həmkarlarımız bu dəfə də `Styaua`nın mərkəz müdafiəçisi George Qalamazın Mirça Rednikin maraq dairəsinə düşdüyünü iddia edirlər.
 
Qeyd edək ki, Rednik bu komandanın daha bir üzvünü - Banel Nikolitanı komandasına gətirmək istəsə də, ona görə çox pul tələb olunduğundan, bu fikrindən vaz keçmişdi. İndi Qalamazla bağlı danışıqların necə nəticələnəcəyi maraqla gözlənilir.
 
Qeyd edək ki, tam adı George Daniel Qalamaz olan futbolçu 5 aprel 19811-ci ildə Buxarestdə dünyaya gəlib. 1.87 m boyu olan mərkəz müdafiəçisi karyerasına 1998-ci ildə aşağı dəstə təmsilçisi `Sportul Studentesk`də başlayıb. 2003-cü ilə qədər bu komanda 98 oyun keçirib və 4 qola imza atıb. 2004-cü ildə `Rapid`də 11 oyunda 1 qol vuran Qalamaz 2004-2006-cı illəri Buxarest `Dinamo`sunda keçirib - 41 oyun. 2007-2010-cu illərdə `Unirya`nun şərəfini qoruyan futbolçu (118 oyun, 10 qol) 2010-cu ildə `Styaua`ya keçib.
Rumıniya U-21-də 7 oyun keçirən Qalamaz 2009-cu ildən 3 dəfə əsas yığmaya dəvət olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.