29 dekabr 2010 15:12
`Neftçi`nin hücumçusu mövqeyini itirməkdə davam edir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ölkə çempionatlarında ən azı 20 qol vuran futbolçuların siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıda bizim üçün maraqlı olan futbolçulardan yalnız `Neftçi`nin belçikalı hücumçusu Emil Mpenzaya rast gəlmək olar. İsveçrənin `Syon` klubunda 28 oyuna vurduğu 21 qolla bu siyahıya düşən qaradərili hücumçu daha 3 pillə geriləyərək, 41-ci pillədə qərarlaşıb.
