29 dekabr 2010 15:38
Azərbaycan çempionunun rəqibi üçün yeni məşqçi
Son Azərbaycan çempionu `İnter`in “Birlik kuboku”ndakı rəqiblərindən olan Moldovanın `İskra-Stal` klubu yeni məşqçi gətirib. Azerisport.az xəbər verir ki, “bankirlər”in rəqibi Valeri Çaloqonla anlaşıb.
Lakin o, baş məşqçi vəzifəsi boş olan komandanın həmin vakant postuna yox, sadəcə məşqçi-məsləhətçi olaraq dəvət olunub. Moldova çempionatının gümüş medallarına sahib çıxan `İskra-Stal`da Vlad Qoyanın istefasından sonra hələ də onun yerinə kimin təyin olunacağı dəqiq bilinmir.
