29 dekabr 2010 15:47
`Galatasaray`ın istədiyi `Roma`lı hücumçu İspaniyanı seçdi
İtaliyanın `Roma` klubu braziliyalı hücumçusu Julio Baptista ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu uzun müddət `Galatasaray`ın transfer etmək isdədiyi oyunçusunu İspaniyanın `Malaga` klubuna satıb.
Artıq Baptista yeni klubuyla 2.5 illik müqavilə də bağlayıb. La Liqada işləri heç də yaxş getməyən, aşağı diviziona yuvarlanmaq təhlükəsiylə üz-üzə olan klubun rəhbərliyi Martin Demişelisin ardından, `Roma`nın hücumçusunu da almaqla, azarkeşlərini ümidləndirib.
