29 dekabr 2010 16:38
Almaniya millisində yeni baş məşqçi (FOTO)
Almanya milli komandasının baş məşqçisi Yoahim Löv qarşıdakı illərdə onu bu postda əvəzləyə biləcək əsas namizədlərin adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında əsas komandanın sükanı arxasına keçməyə 2 əsas namizədin adını çəkib.
Löv həmin mütəxəssislərin Dortmund `Borussia`sının baş məşqçisi Yürgen Klopp və ya da `Mainz`da çalışan həmkarı Tomas Tuçel olmasını istəyib. Lövün baş məşqçisi olduğu Almaniya millisinin hazırda AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamıza rəqib olduğunu da vurğulayaq. `Borussia`nın çalışdırıcısı isə yayda `Qarabağ`ın Avropa Liqasının qrup mərhələsinə yolunu kəsməklə yaddaşlarda qaldı. Onun komandası cari mövsüm qış çempionu olub və sonda Almaniya çempionluğunu qazanacaqlarına da çoxları şübhə etmir.
