29 dekabr 2010 17:34
“Azərbaycandan qayıdandan sonra futbolu atmaq istəyirdim”
`Simurq`un keçmiş, Ukrayna `Bukovina`sının hazırkı yarımmüdafiəçisi Ruslan Qunçak vətəninə qayıtdıqdan sonra futbolu atmaq fikrindən daşınıb. Azerisport.az xəbər verir ki, o, bu haqda Ukrayna mətbuatına müsahibəsində bildirib:
“Azərbaycandan qayıdandan sonra fikirləşdim ki, daha bir mövsüm oynayıb karyeramı bitirəcəyəm. Ancaq yaxınlarda özümdə bir məqamı tutdum ki, hələ futboldan doymamışam. Hər oyunu səbirsizliklə gözləyirəm. Ona görə də planlar dəyişib. Əminəm ki, hələ iki-üç il yüksək səviyyədə oynaya bilərəm”.
