29 dekabr 2010 17:46
Millimiz darmadağın, iki futbolçusu dubl etdi
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində bu gün daha bir sınaq matçına çıxıblar. Azerisport.az xəbər verir ki, Vəli Qasımovun çalışdırdığı millimiz Bakını `Gənclik` komandası ilə yoldaşlıq oyunu keçirib.
Qarşılaşma 7:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Rizvan Umarov və Nurlan Novruzovun dubl etdiyi oyunda Aleksander Qross, Məqsəd İsayev və Emin İbrahimov hərəyə bir dəfə fərqləniblər.
