29 dekabr 2010 23:18

`İnter`in prezidenti komandasından ikiqat uğur gözləyir

Son ölkə çempion `İnter`in prezidenti Georgi Nikolov Yeni İl Bayramı münasibətilə Azərbaycan xalqını və komandasının üzvlərini təbrik edib və arzularını dilə gətirib. Azerisport.az xəbər verir ki, “bankirlər”in bolqarıstanlı prezidenti təbrikində bunları vurğulayıb:
 
“İşıqlı bayramlar yaxınlaşır.Yeni İl və Milad bayramları özlərilə yeni ümidlər gətirir. Azərbaycan xalqını, məni vətənində isti qarşılayan və 5 ildir mənə qayğı və mərhəmətini əsirgəməyən xalqı səmimi qəlbdən təbrik edirəm. Hamıya böyük məhəbbət arzulayıram, qoy, hər bir ev xoşbəxtliklə, çox uşaqla dolu olsun. Arzu edirəm ki, gələn il bütün arzular həyata keçsin. Ən başlıcası-hamıya ayrı-aryılıqda cansağlığı arzulayıram!
 
Komandamız onun üçün kifayət qədər uğurlu olan 2010-cu ili yola salır. Axı, biz bu ildə çempion olduq. Buna görə də, gələn ildə komandaya bu uğuru iki dəfə artırmağı və qələbələrilə başa çatmaqda olan ilin xoş nəticələrini kölgədə qoymağı arzulayıram. Həmçinin futbolçulara, məşqçilərə və klubun bütün heyətinə şəxsi həyatda xoşbəxtlik, ailələrinə cansağlığı diləyirəm. Qoy, gələn il onlara yalnız xoşbəxtlik gətirsin və yaddaşlarında yalnız xoş xatirələr qalsın!”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.