29 dekabr 2010 11:34
Superliqa klubu özünə yeni baş məşqçi tapdı
Yılmaz Vural ilə yollarını ayırandan sonra baş məşqçisiz qalan `Kasımapaşa` bu boşluğu aradan qaldırıb. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandanın Fuat Çapa çalışdıracaq.
Artıq bu mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. Qeyd edək ki, Türkiyə çempionatının autsayderi olan `Kasımpaşa`nın maliyyə durumu elə də yaxşı deyil. Lakin buna rəğmən, yeni baş məşqçi ümidli danışıb: “İstedadlı futbolçulardan ibarət heyətimiz var. Ancaq ilk dövrədə müdafiədə bəzi problemlər yaşandı. İşimiz çətin olsa da, imkansız deyil. Büdcəmize uyğun 1-2 oyunçu alaraq yeni ilə ümidli girmək istıəyirik”.
