29 dekabr 2010 11:58
Buffon nəhayət ki, yaşıl meydanlara döndü
İtaliyanın `Juventus` klubunun təcrübəli qapıçısı Canluici Buffon yenidən yaşıl meydanlara qayıdır. Azerisport.az xəbər verir ki, uzun müddət idi zədədən əziyyət çəkən ulduz qolkiper nəhayət dünən komandasıyla birgə məşqə çıxıb.
İyul ayından bəri zədə səbəbindən nə məşqə, nə də oyuna çıxa bilməyən Buffon Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında sıradan çıxmışdı. Lakin son məlumatlarda onun tamamilə sağaldığı, yeni ildən etibarən komandasına kömək edə biləcəyi xəbər verilir.
