29 dekabr 2010 12:07
Özbəklər Bahodir Nasimovdan imtina etdilər
`Neftçi`nin özbəkistanlı hücumçusu Bahodir Nasimov Asiya çempionatının final mərhələsində iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna baş məşqçi Vadim Abramovun Qətərə aparacağı 23 futbolçudan ibarət heyətə Premyer Liqamızın bomdardirinin adını salmaması səbəb olub.
Qeyd edək ki, Özbəkistan millisinin Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi təlim-məşq toplanışına 26 futbolçu çağırılmışdı ki, onların arasında `Neftçi`nin hücumçusu da vardı. Lakin son anda baş məşqçi Qətərə aparacağı heyətdən 3 futbolçunun adını çıxarmağa qərar verib. Abramob Uluğbəy Bakoyev və Lütfulla Turayevlə yanaşı, Nasimovu da qitə çempionatına aparmaq istəməyib.
Qeyd edək ki, Bahodir millinin Dubay toplanışında zədə ilə üzləşmişdi. Görünür, onun komandadan uzaqlaşdırılmasına da məhz bu səbəb olub.
