29 dekabr 2010 12:24
Mirça Rednik Belçikada istirahət etməyə qərar verdi
`Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik qış fasiləsində Belçikada istirahət etməyə qərar verib. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu haqda özü məlumat verib:
“Mən hazırda Belçikada istirahətdəyəm. Rumıniyaya yanvarın 5-də gələcəm və orda mərkəz müdafiəçisi üçün danışıqlar aparacam”.
