29 dekabr 2010 12:46

Maksim Medvedev: Gizlətmirəm ki, bundan sonra daha çox qazanacam

`Qarabağ`ın və Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedev azerisport.az və “Zerkalo”ya müsahibə verib.
 
- `Qarabağ`la müqavilənin müddətini 2013-cü ilə qədər artırmağına nə səbəb oldu?
- Mən sonuncu dəfə `Qarabağ`la müqavilə bağlayanda hələ əvəzedici komandada idim. İndi isə müqaviləyə yenidən baxmağa qərar verdik.
 
- Yəqin ki, maliyyə baxımından da yeniliklər var.
- Qiymətə də yenidən baxıldı. Gizlətmirəm ki, bundan sonra daha çox qazanmış olacam.
 
- Karyeranla bağlı başqa variantlar yox idi?
- Real olanı yox idi. Ancaq bəzi maraqlananlar olmuşdu. Bu təkliflər həm xarici ölkə klublarından, həm də öz klublarımızdan idi. Amma mən hamıya cavab verirdim ki, öz klubumla müqaviləm var. Axı heç bir problem olmadığı halda, öz klubumu niyə tərk etməliydim ki?
 
- Siz müqabilənizin sonuna kimi qalmaq fikrindəsiz?
- Necə alınsa. Əgər yaxşı təklif gəlsə, təbii ki, buna baxmaq olar. Əminəm ki, klub rəhbərliyi elə bir təklif olsa, məni göndərməyə razılaşar.
 
- `Xəzər Lənkəran` üzərindəki qələbədən sonra işlərinizin qaydasına düşdüyünü demək olar?
- Bu qələbə bizim üçün də əsl sürpriz oldu. Biz çox vacib 3 xal qazandıq ki, bizə böyük köməyi dəydi. Təbii ki, qələbə özümüzə daha əmin olmağımıza şərait yaradır. Ancaq bundan rahatlanmaq da olmaz. Unutmamalıyıq ki, yeni ildəki ilk oyunumuz `Qəbələ`yə qarşı olacaq. Zaman bəzi şeyləri dəyişir. Ancaq ümid edirəm ki, hazırkı heyətimiz, oyunumuz elə də ciddi dəyişikliklərə məruz qalmayacaq.
 
- İli özünüz üçün nə dərəcədə uğurlu hesab edirsiz?
- Əgər ölkə kubokundan kənarlaşmağımızı nəzərə almasaq, heç də pis hesab etmirəm. Lakin `Turan`a penaltilər seriyasında yenilməyimiz çox gözlənilməz oldu. Avropa Liqasında uğurlu çıxış, Türkiyə üzərində qələbə. Bütün bunlar çox şeydən xəbər verir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.