30 dekabr 2010 13:26
UEFA azərbaycanlı hakimi İngiltərənin oyununa təyin etdi
Futzal üzrə FİFA referisi Elçin Məmmədov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, futzal üzrə Avropa çempionatının ilkin seçmə mərhələsinin 2011-ci il yanvarın 20-dən 26-dək Makedoniyada təşkil olunacaq C qrupunun oyunlarında iştirak edəcək. Bu qrupda Makedoniya, İngiltərə, Gürcüstan və Estoniya milli komandaları mübarizə aparacaq.
