30 dekabr 2010 13:38

Vaqif Qasımov: Xal itkisinə görə oyunçuları asmalıyam?!

AZAL-ın prezidenti Vaqif Qasımov azerisport.az və “Zerkalo”ya müsahibəsində komandasının son nəticələri və ilk altılığa düşmək şanları haqda danışıb.
 
- Son vaxtlar AZAL-ın nəticələri bir qayda olaraq pisləşib. Nə baş verir?
- Siz bizim hansı komandalarla oynadığımıza baxın. Belə rəqiblərlə müvəffəqiyyətsizlik qaçılmazdı. Hətta `İnter` və `Neftçi` ilə heç-heçələr pis nəticə deyil. Əgər başqa komandalar belə nəticələr göstərsəydi, şad olardılar.
 
- Necə hesab edirsiniz, liderlər qrupunda olan komandanın dörd oyunda üç xal toplamağa haqqı var?
- Əlbəttə, yox. Ancaq kim gözləyirdi ki, biz `Muğan`la oyunda üç xal itirəcəyik? Çətin ki, `Xəzər Lənkəran` öz meydanında `Qarabağ`a məğlub olacağını düşünərdi. Hətta `İnter`i 5:0 məğlub etdiyimiz oyunda rəqib iki imkanı dəyərləndirə bilsəydi, biz məğlub ola bilərdik.
 
- Adətən klub rəhbərliyi bir aydan artıq qələbə qazana bilməyən komandanı belə şiddətlə müdafiə etmir...
- Mən komandamı müdafiə etmirəm. Axı siz klubda onlarla necə danışdığımı bilmirsiniz. Bunu sizə deyə bilmərəm. Digər tərəfdən xal itkisinə görə onları asmayacağam ki...
 
- Komandanız son qələbəni noyabrda `Turan`la oyunda qazanıb. Ola bilər ki, AZAL sadəcə rahatlaşıb?
- Belə ola bilməz. O səbəbdən ki, onlar hələ xüsusi heç nəyə nail olmayıblar. Mən sadəcə diqqəti bir məqama yönəltmək istərdim ki, bəzi klublar kobudluqdan şikayətlənir. Ancaq heç kim demir ki, bizim oyunçulara qarşı necə oynayırlar. Gör neçə oyunçumuz zədə alıb. Yeri gəlmişkən, bizi bilərəkdən əzirlər.
 
-  Ümumiyyətlə, hər dəfə komandanızın antifutbolda ittiham olunması sizi usandırmayıb?
- Bunu kim deyir? Ümumiyyətlə, başa düşmürəm niyə belə deyirlər. Özləri antifutbol oynayır. 19 oyunda 26 dəfə rəqib qapılarına yol tapa bilmişik. Bu, Premyer Liqa komandaları arasında ən yaxşı nəticələrdən biridir. Əvvəlcə buna baxsınlar, sonra danışsınlar.
 
- Necə hesab edirsiniz, komandanız ilk altılıqda yerini qoruya biləcək?
- Hələ ki, ancaq `Neftçi` və `Xəzər Lənkəran` həlledici mərhələdə yerlərini təmin ediblər. Son dörd vəsiqə uğrunda beş komanda mübarizə aparacaq. Uğursuzun kim olacağını demək çətindir. Ümid edirəm ki, bu uğursuzluqdan yan keçə biləcəyik.
 
- Yeri gəlmişkən, məşqçilər heyəti iki futbolçu ilə vidalaşıb. Onların yerinə kim gələcək?
- İki və ya üç futbolçu gələcək. Hələ kimlərlə güclənəcəyimizi müəyyən etməmişik.
 
- Əgər dəyişiklik bu qədər azdırsa, demək komandadan razısınız?
- Sözsüz. Qarşıda hələ üç tur və bizim 34 xalımız var. Çatışmazlıqlar var. Bir-iki oyunu istisna etsək, qalan oyunlarda çox uğurlu çıxış etmişik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.