30 dekabr 2010 13:48
Mirça Rednik: XL rəhbərliyi onları almağa hazırdı
`Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik bildirib ki, çalışdığı klubun rəhbərliyi Buxarest `Rapid`inin üç oyunçusunu əldə etməyə hazırdı. Təcrübəli mütəxəssis həmişəki kimi bu haqda Rumıniya mətbuatına açıqlamasıdna bildirib:
“Dinu George ilə mən Belçikadan qayıdandan sonra görüşəcəyik. Çesinya və Qriqoriyə gəlincə, bizə hələ bu barədə `Rapid` rəhbərliyi ilə razılığa gəlmək lazımdı. Klubumun rəhbərliyi hər üç futbolçunu əldə etməyə hazırdır”.
