30 dekabr 2010 01:27
`Bakı` yollarını ayırdığı futbolçuların adlarını müəyyənləşdirdi
`Bakı` artıq yollarını ayırdığı futbolçuların adlarını müəyyənləşdirib. Hər halda azerisport.az saytına açıqlamasında klubun baş meneceri Zeynal Məmmədovun dediklərindən belə başa düşmək olar.
“Hamınız gördünüz ki, bəzi futbolçularımız öz səviyyələrindən qat-qat aşağı çıxış edirdilər. Ən əsası isə onlar lazımı anlarda komandaya kömək edə bilmədilər. Buna görə də biz onlarla yollarımızı ayırmağa qərar verdik. Adlar hamısı məlumdu, sadəcə hər şey klub prezidenti Hafiz Məmmədovla görüşdən sonra dəqiqləşəcək. Yanvarın ilk günlərində biləcəksiniz ki, istirahətdən kimlər qayıtmayacaq”.
