30 dekabr 2010 01:48
Baş məşqçiyə yaşıl, legionerlərə qırmızı işıq
`Gəncə` futbol klubu iki futbolçusuyla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, qərb təmsilçisi Vladimir Kozlenko və Patris Nuekunla yollarını ayırmağa qərar verib. Onlarla yanaşı daha bir neçə futbolçusunu yola salmağa hazırlaşan bölgə təmsilçisi baş məşqçi Fuad İsmayılovla bağlı fərqli qərar çıxarıb. Belə ki, 19 turdan sonra 22 xalla 8-ci pillədə qərarlaşan `Gəncə`nin çalışdırıcısı baş məşqçi postundakı fəaliyyətini davam etdirəcək.
