30 dekabr 2010 14:17
Joze Mourinyonun qalmaqalları tükənmək bilmir
İspaniya `Real`ının baş məşqçisi Joze Mourinyo növbəti qalmaqala səbəb olub. Azerisport.az xəbər verir ki, o, bu dəfə Madrid hava limanında fotoqraflarla söyüşüb.
Belə ki, Nyu-York şəhərindən gələn təyyarə yerə enən kimi fotoqraflar onu əhatəyə alıb. Lakin portuqaliyalı mütəxəssisin əhval-ruhiyyəsi qaydasında olmadığından, jurnalistlərdən onu sakit buraxmalarını xahiş edib. Lakin onlarla dil tapa bilməyən təcrübəli mütəxəssis belədə söz savaşına çıxmalı olub. Mübahisə böyüyüncə təhqirə keçib. Qalmaqalı yalnız hadisə yerinə yetişən hava limanının mühafizə xidmətinin əməkdaşları yoluna qoyub.
