30 dekabr 2010 14:48

“Ketsbaya və Arveladze Azərbaycan şirkətini reklam edəcək”

Gürcüstan Futbol Federasiyası ilə ARDNŞ-in Gürcüstan nümayəndəliyi arasında görüş olub. Azerisport.az xəbər verir ki, tədbirdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan Futbol Federasiyasının prezident Zviad Siçinava iştirak ediblər. Sonda tərəflər arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
 
Ardından Gürcüstan Futbol Federasiyası (GFF) ilə Memorandumu imzalayan “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədovun müsahibə verib:
 
- GFF-lə imzaladığınız Memorandum üzrə hansı işləri yerinə yetirəcəksiniz?
- GFF belə qərara gəlib ki, “SOCAR Energy Georgia”nın baş sponsor kimi göstərəcəyi əsas yardımın böyük hissəsi 2011-ci ildə futbol meydançalarının, yığma komandanın bazasının rekonstruksiyasına sərf olunsun. 2012-ci ildə əməkdaşlığımızın davam edib-etməyəcəyi hələ məlum deyil. Çox güman ki, davam edəcək. Amma SOCAR prezidenti Rövnəq Abdullayevlə məsləhətləşmədən bu barədə qəti bir söz deyə bilmərəm. Hər halda Abdullayevin qarşıdakı il üçün sponsorluqla bağlı razılığı, xeyir-duası var. GFF prezidenti Zviad Siçinava ilə imzaladığımız memorandumda da göstərilib ki, vəsait əsasən, futbol meydançalarının tikintisinə yönəldiləcək. Ola bilsin, pulun bir hissəsi Gürcüstan yığmasının təlim-məşq toplantılarının təşkili məsələlərinə sərf olunacaq.
 
- Bəs GFF hansı işləri öz öhdəsinə götürüb?
- Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya Avropada nüfuzlu mütəxəssisdir. O, vaxtilə Kiprin “Anortosis” klubu ilə Çempionlar Liqasında qrup mərhələsi həyəcanı yaşayıb, bu komanda ilə nailiyyətləri Avropada böyük rezonans doğurub. Ketsbaya şirkətimizi Gürcüstanda reklam edən şəxslərdən biri olacaq. Bütün bannerlərdə, stadionlardakı bütün reklam lövhələrində, yığmanın oyunları üçün satışa çıxarılan bütün biletlərin üzərində, bütün yığma komandaların məşq formaları və ekipirovkalarının üstündə şirkətimizin üçrəngli bayrağımızla birgə loqosu əksini tapacaq. GFF-in baş katibi Rezo Arveladze də çox nüfuzlu şəxsdir. O, məşhur Arveladze qardaşlarından biridir və vaxtilə tanınmış futbolçulardan olub. Arveladze də şirkətimizlə GFF-in birgə işinin reklamına kömək edəcək. Gürcüstanda “SOCAR-dan yanacaq al, futbola kömək et” çağırışı ilə də çıxış edəcəyik. Televiziya verilişləri olacaq. Əməkdaşlığımız çoxşaxəlidir və hamısı müqavilədə əksini tapıb.
 
- Gürcüstan millisinin səfər oyunlarında da loqonuz meydança kənarında yerləşdiriləcək?
- Məncə, GFF yığmanın oyunlarının yayım hüququnu “Sportfive”a satıb. Lakin AFFA-nın “Sportfive” ilə dostluğunu nəzərə alaraq, buna da nail olacağımızı düşünürəm.
 
- Niyə müqavilə yox, memorandum?
- Sənədə imza atan “SOCAR Energy Georgia” holdinqdir, ana təşkilatdır. Gürcüstanda çoxlu törəmə təşkilatlarımız var. Bu məsələ SOCAR rəhbərliyi ilə razılaşdırılıb. “SOCAR Energy Georgia” pul qazanan yox, idarə edən holdinqdir. Böyük pul axını törəmə təşkilatlarımızda olur. Memorandumda yazılan şərtlər və məbləğlər müxtəlif törəmə təşkilatlar arasında bölüşdürüləcək. Memorandumun altında konkret müqavilələr də var. Onlar müxtəlif törəmə təşkilatlara paylaşdırılıb. Gürcüstandakı digər şirkətlərdən fərqimiz ondadır ki, bizim işimiz çoxşaxəlidir. Qaz, benzin, tikinti, qazın kommunal, sosial və topdan satışı, neft və neft məhsullarının bazarda satışı kimi işlər görürük. Bu baxımdan, əlimizdə çeviklik var.
 
- GFF-lə müqavilənizin məbləğini açıqlaya bilərsiniz?
- Bu, bizim kommersiya sirrimizdir. Məbləğ barədə birbaşa SOCAR rəhbərliyi məlumatlıdır. Rəqəm bizim üçün münasibdir. Bu, Azərbaycan futboluna sponsorluqla müqayisədə kiçik, GFF-in büdcəsi, ona lazım olan pulla müqayisədə gözəçarpan rəqəmdir. Gürcüstan futboluna xərclədiyimiz pullar sərt nəzarətdə və ünvanlı olacaq.
 
- Bəs Gürcüstan Şahmat Federasiyası ilə müqaviləniz davam edir?
- Bəli. Gürcüstan Şahmat Federasiyası ilə müqaviləmizin məbləği ildə cəmi 100 min dollardır. Bu müqavilənin bizə imic baxımından böyük xeyri var, amma elə bir maliyyə yükü yoxdur. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.