30 dekabr 2010 16:01
Azərbaycanlı futbolçunun klubu ləğv olundu
Bu gün Moskva vilayəti rəhbərliyi `Saturn` futbol klubunun ləğv olunması haqda qərar qəbul edib. Azerisport.az qonşu ölkənin nüfuzlu “Sport-ekspress” nəşrinə istinadən xəbər verir ki, İqor Yefremovun gedişindən sonra klubun baş direktoru vəzifəsinin icraçısı İvan Pırskiy vəzifəsindən kənarlaşdırılıb. Sabahdan kluba yeni rəhbər gələcək və təsviyyə komissiyasının işləri ilə məşğul olacaq.
Bu qərarlar Krasnoqorskda vilayət hakimləri evində keçirilən iclasın gedişində çıxarılıb. “Spost-ekspress”in məlumatına görə yaxın günlərdə kommersiya strukturlarının birində klubun alınması ilə bağlı təklif olub. Ancaq qəbul edilmiş qərarlara əsasən klub rəhbərliyi təklifi rədd edib.
Qeyd edək ki, `Saturn` Lənkəranda doğulsa da, sonradan məhz Rusiyaya köçüb, buda yaşayan həmyerlimiz Emin Mahmudovun çıxış etdiyi klubdu. Bu qərardan sonra onun karyerasını harda davam etdirəcəyi maraqla gözlənilir.
