30 dekabr 2010 17:08
`Bakı` `Kapfenberg` və `Kluj`la qarşılaşacaq
`Bakı`nın Türkiyədə keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, yanvarın 20-də Avstriyanın `Kapfenberg` klubuyla qarşılaşacaq Vinfrid Şeferin yetirmələri bundan 5 gün sonra Zaporojye `Metallurq`uyla, 31-də isə Rumıniyanın `Kluj` komandasıyla sınaq matçına çıxacaqlar. Paytaxt klubu daha bir sınaq matçı keçirməyi planlaşdırır ki, həmin qarşılaşmada da rəqib ya Ukrayna, ya da Rumıniya klubu olacaq.
