30 dekabr 2010 17:37
Pele və Eysebio Bakıya gələ bilər
2011-ci ildə Azərbaycana dünyanın bir sıra futbol ulduzlarının gəlişi gözlənilir. Azerisport.az xəbər verir ki, Azərbaycan futbolunun 100 illik yubileyi münasibəti ilə təşkil olunacaq tədbirlərə AFFA rəhbərliyi Pele və Eysebio kimi dünyaca məşhur futbol veteranlarını da çağırmağı planlaşdırır. Onlarla yanaşı ölkəmizə gələcək bir sıra futbol veteranları arasında yoldaşlıq görüşünün keçirilməsi də gözlənilir.
