30 dekabr 2010 17:46
Rəşad Abdullayev: Bu oyunu kim göstərir?
`Neftçi`nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytının suallarını cavablayıb.
- Ötən mövsünlə müqayisədə `Neftçi`də nə dəyişib?
- İndi siz tamilə başqa `Neftçi` görürsünüz. 19 tur göstərdi ki, komandada böyük dəyişikliklər baş verib. Ötən mövsüm komanda `altılığ`a düşməyə bilərdi. İndi isə ilk pillədə gedir.
- İlk dövrənin başa çatmağına üç tur qalıb. Bu turlarda oynamaq nə qədər vacib olacaq? Ya ilk altılıqda yerinizi təmin etmək artıq minimum tapşırığın yerinə yetirilməsi deməkdir?
- Nəzərə alsaq ki ilk altılıqda xallar silinməyəcək, qələbə qazanmaq lazımdır. Bir halda ki fasilədən sonra ilk görüşdə biz öz meydanımızda `Xəzər Lənkəran`ı qəbul etməliyik. Bu onlarla fərqi artırmaq üçün əla imkandır.
- Və səfərdəki məğlubiyyətin əvəzini çıxmaq üçün...
- Elədir ki, var. Ancaq qələbə qazansaq da, rahat nəfəs ala bilməyəcəyik. Axı həmin `Xəzər Lənkəran`la daha iki dəfə oynamalıyıq. Çempionatın ikinci dövrəsində daha da uğurlu çıxış etmək üçün qışda güclənməyə hazırlaşırıq.
- Bu mövsüm sizdə ən çox nə təəccüb doğurdu?
- Hamının ortabablar sinfinə aid etdiyi komandaların oyunu. Turan `Qarabağ`ı kubok oyununda məğlub etdi, `Simurq` `Bakı`dan üç xal aldı. Deməzdim ki, AZAL sürprizdir. Sadəcə düşünmürdüm ki, onlar `Muğan`a 1:3 hesabı ilə məğlub olarlar.
- Razısınızmı ki `Neftçi` hələ çempion oyununu göstərmir?
- Bu oyunu kim göstərir? Əvəzində biz gənclərə imkan yaradırıq. Bizim skamyada yalnız legionerlər oturmayıb. Biz öz üzərimizdə işləyirik. Bilirik ki, çempionatda qələbə qazansaq, avrokuboklarda layiqli oyun göstərməliyik. Buna görə də komanda daha güclü olacaq.
