30 dekabr 2010 11:33
Bu gün Berti Foqts ad gününü qeyd edir
Bu gün futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ad gününü qeyd edir. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssisin 64 yaşı tamam olur.
Hələ futbol oynadığı dönəmdə meydandakı inadkarlığına görə, “Buldoq” adlandırılan Foqts Byuqten şəhərində, Şimali Reyn-Vesfaliyada anadan olub. Futbolçu karyerası ancaq və ancaq Münhenqladbax `Borussia`sına aid olsa da, məşqçi kimi artıq bir neçə ünvan dəyişdirən almaniyalı millimizdən öncə Leverkuzen `Bayer`ində, Almaniya, Küveyt, Şotlandiya və Nigeriya yığmalarından çalışıb. 2008-ci ildən isə milli komandamızı çalışdırır.
