30 dekabr 2010 11:42
Yığmamızın Ukrayna və Belarusla oyunlar üçün heyəti açıqlandı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2011-ci il yanvarın 2-dən 10-a qədər Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, artıq baş məşqçi Vəli Hüseynov yığmamızın qeyd olunan turnir üçün heyətini açıqlayıb. O, Rusiyaya aşağıdakı heyəti aparacaq:
Balayev Emil – «Neftçi»
Əzizov Rəşad – «İnter»
Qross Aleksandr – «İnter»
Alxasov Slavik – «Neftçi»
Diniyev Kərim – «Neftçi»
Sadıxlı Orxan – «Xəzər Lənkəran»
Abbasov Azər – «Zenit» (Rusiya)
Tağızadə Ruslan – «Neftçi»
Ruslan Bədəlov – «Olimpiya» (Rusiya)
Elşən Abdullayev – «Neftçi»
Novruzov Nurlan – «Bakı»
İbrahimov Emin – «Abşeron»
Cəfərov Ruslan – «İnter»
İsayev Məqsəd – «Neftçi»
Tağıyev Akif – «Turan»
Rəsulov Mehdi – «Abşeron»
Bayramov Fuad – «İnter»
Hüseynov Elçin – «Zenit» (Rusiya)
Hümbətov Tural – «Zenit» (Rusiya)
Umarov Rizvan – «Zenit» (Rusiya)
Qeyd edək ki, komandamız turnirin püşkatmasına əsasən qrupda Ukrayna, Belarus və Çin millisiylə mübarizə aparacaq.
