30 dekabr 2010 00:01
`Metz` Stefan Borbikoni geri qaytarır
`Bakı`nın fransız müdafiəçisi Stefan Borbikoninin vətəninə dönməsini istəyirlər. Azerisport.az xəbər verir ki, bu haqda Fransa mətbuatı xəbər yayıb.
Məlumatda bildirilir ki, hazırda Fransa ikinci liqasında mübarizə aparan bu kluba məxsus olan Borbikoni `Bakı`da icarə əsasında çıxış edir. Lakin 2011-ci ilin iyun ayında bu icarə müqaviləsi başa çatan kimi, Stefanın klubu onu geri qaytaracaq. Halbuki, Borbikoninin əsas heyət üzvünə çevrildiyi paytaxt klubunu tərk edib-etməyəcəyi məlum deyil.
