30 dekabr 2010 00:08
Premyer Liqamızın ən centlmen komandası müəyyənləşdi
Azərbaycan Premyer Liqasının cari mövsümünün geridə qalan dövrünün ən centlmen və kobud komandaları müəyyənləşib. Azerisport.az saytının araşdırmalarına görə, `Bakı` elita təmsilçiləri arasında ən kobud, `Qarabağ` isə ən centlmen komandadı.
Hazırda qış fasiləsi yaranmış Premyer Liqanın ilk 19 turunda çempionat iştirakçıları bütövlükdə 438 vərəqə görüb ki, bunlardan da 418-i sarı, qalan 20-i isə qırmızı olub.
Bütövlükdə həm sarı, həm də qırmızı vərəqə rekordu `Bakı`ya məxsusdu. 45 `sarı`, 7 `qırmızı`sı olan “zolaqlılar”ın işlərinin cari mövsümdə heç də qaydasında getməməsi bu baxımdan da özünü göstərir. Hər halda vərəqələrin çoxluğu nizam-intizamın heç də qaydasında olmamasına işarədi. Paytaxt klubunun bu baxımdan əsas izləyicisi isə MOİK-di ki, sonuncu pillədə qərarlaşan “hərbçilər”in də bu “canfəşanlığı” hardasa başadüşüləndi.
Cari mövsümün ən az vərəqə görən, centlmen komandası isə `Qarabağ`dı. Ağdam klubu 19 tur ərzində cəmi 19 vərəqə görüb ki, bu hər oyuna 1 vərəqə deməkdi. Ən əsası isə, Qurban Qurbanovun yetirmələrindən həmin oyunlarda heç kim meydandan qovulmayıb.
`Qarabağ` kimi qırmızı vərəqə almayan daha 3 komanda var. Bunlar çempionluq uğrunda mübarizə aparan `Neftçi`, `Xəzər Lənkəran`, həmçinin `İnter`di.
`Turan` da az vərəqə almasıyla fərqlənən klublardandı. Lakin `Qarabağ`dan bir qədər artıq (26) vərəqə görmüş Tovuz təmsilçisində həm də 1 `qırmızı` var ki, Naci Şensoyun yenicə baş məşqçi təyin olunduğu komandanın centlmenliyinə kölgə salmış olur.
|
Komanda
|
S
|
Q
|
CƏMİ
|
|
Bakı
|
45
|
7
|
52
|
|
MOİK
|
42
|
5
|
47
|
|
Muğan
|
43
|
1
|
44
|
|
Gəncə
|
40
|
2
|
42
|
|
Qəbələ
|
37
|
2
|
39
|
|
İnter
|
36
|
-
|
36
|
|
Simurq
|
35
|
1
|
36
|
|
Neftçi
|
33
|
-
|
33
|
|
XL
|
32
|
-
|
32
|
|
AZAL
|
31
|
1
|
32
|
|
Turan
|
25
|
1
|
26
|
|
Qarabağ
|
19
|
-
|
19
|
|
CƏMİ
|
418
|
20
|
438
|
