31 dekabr 2010 01:22

“Oynamaq şansım az olduğu üçün bir qədər məyusam”

Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanov çıxış etdiyi `Bakı` klubunun rəsmi saytına müsahibə verib. Azerisport.az onqat ölkə çempionunun Yeni İl arzularını təqdim edir:
 
- Bizi Yeni İldən bir neçə saat ayırır. Oxuculara ürək sözünüz var?
- Qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə hamını təbrik edirəm. Arzu edirəm ki, yeni il xalqımız üçün əlamətdar hadisələrlə yadda qalsın, torpaqlarımız işğaldan azad edilsin, hər ailədə sevinc və gülüş sədaları səslənsin. Ölkəmizin idman şərəfini qoruyan idmançılara uğurlar arzulayıram. İnanıram ki, növbəti ildə yarışlarda bu ilkindən daha çox medal qazanaraq, vətənimizin idman reytinqini qaldıracaqlar. Milli komanda və klubların da qitəmiqyaslı yarışlarda yaxşı nəticələr qazanaraq xalqımızı sevindirməsini gözləyirəm.
 
- İstirahət necə gedir?
- Bu il az oynadığımdan, çox da yorulmamışam. Son vaxtlar demək olar ki, istirahətdəyəm. Məşqlər zamanı var gücümlə çalışıram. Oynamaq şansım az olduğu üçün bir qədər məyusam, amma ümidlərim var. Qış fasiləsindən yararlanmalıyıq. Yeni ilin komandamız üçün düşərli olacağına inanıram. Hazırda evimdə istirahət edirəm, yeni ili qarşılamağa hazırlaşırıq.
 
- Yeni ili harada qarşılamaq fikirindəsiniz?
- Dekabrın 31-də Bakıda olacağam və bayramı da evdə ailəmlə birgə keçirəcəm. Hələ məşqlərə başlamasam da, yeni ildən sonra fərdi hazırlığa, futbol oynamağa başlayacağam.
 
- `Bakı`nın ilk altılıq şanslarını barədə nə düşünürsünüz?
- `Bakı`nın ilk altılıq şansları yüksəkdir. `Bakı`sız “altılığ”ın marağı qalmaz. İnşallah, bu il də döyüşərək avrokuboklara vəsiqə qazanacağıq.
 
- Millimizin Dubay toplanışından hansı nəticələri gözləyirsiniz?
- Milli futbolçular nə qədər bir yerdə olsalar, o qədər yaxşıdır. Bu cür toplanışları yığma oyunçuları və milli komandanın yaxşı nəticələr əldə etməsi üçün müsbət dəyərləndirirəm.
 
- Futbolsevərlərə nə demək istərdiniz?
- Ötən il `Bakı` üçün o qədər də uğurlu keçmədi. Söz verirəm ki, növbəti il azarkeşlərimizi sevindirməyə çalışacağıq. `Bakı` mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaq üçün oynayır. Əlimizdən gələni edəcəyik ki, həm rəhbərliyə həm də azarkeşlərə bir daha uğursuzluq yaşatmayaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.