31 dekabr 2010 02:56
Penalti üzü görməyən yeganə komanda: Xəzər Lənkəran
Azerisport.az qış fasiləsi yaranmış Azərbaycan Premyer Liqasının ilk dövrəsi ilə bağlı statistik araşdırmalarını davam etdirir. Bu dəfə sizi elita klublarından daha çox hansıların penaltiylə cəzalanması, hansıların daha çox sevinməsi kimi faktlarla tanış etməyə çalışacağıq.
Premyer Liqanın ilk 19 turunda hakimlər bütövlükdə 20 dəfə penalti nöqtəsini göstəriblər. Penalti vuruşlarından 16-ı qolla nəticələnərkən, 4-dən qol səsi çıxmadı.
Çempionatımızın qış fasiləsinədək `Qəbələ`, `Neftçi` və `İnter` ən çox penalti qazanan komandalar olub. Bu komandalardan `Qəbələ` 3 penaltinin hamısını qolla tamamlayan yeganə komandadı. Çempionatımızı qış çempionu `Neftçi`, eləcə də son ölkə çempionu `İnter` isə həmin şanslardan ikisini dəyərləndirdiyi halda, bir dəfə də hədəfə düşə bilməyib.
`Gəncə` və `Turan` 2 dəfə penalti qazanan komanda olub ki, hər ikisində də bunun bəhrəsini görüblər. Onlarla eyni sayda penalti qazanan `Muğan` isə bunların yalnız birindən faydalana bilib. Digər elita təmsilçilərinin demək olar ki, hamısı 1 dəfə belə üstünlük qazanıb. Onlardan da sadəcə `Qarabağ` hədəfinə çata bilməyib.
Premyer Liqanın cari mövsümündə hələ ki, penalti həsrətində olan yeganə komanda `Xəzər Lənkəran`dı. Nə qədər qəribə olsa da, hakimlər geridə qalan 19 tur ərzində yalnız bu komanda üçün 11 metrlik cərimə zərbəsi təyin etməyib.
Lakin penalti üzü görməyən XL öz qapısında da oxşar hadisənin şahidi olmayıb. Cənub təmsilçisi ilə yanaşı, əsas rəqibi `Neftçi`, `Qarabağ` və `Turan`ın qapısı ağzında da oxşar proseslər yaşanmayıb. Ən çox penalti üzü görən komanda isə MOİK-di. `Hərbçilər` 19 tur ərzində düz 7 dəfə penaltiyə səbəb olublar ki, bunlardan da sadəcə birincə qola üzülməyiblər.
Penalti qazanan komandalar
|
Qəbələ
|
3
|
3
|
|
Neftçi
|
3 (1)
|
2
|
|
İnter
|
3 (1)
|
2
|
|
Gəncə
|
2
|
2
|
|
Turan
|
2
|
2
|
|
Muğan
|
2 (1)
|
1
|
|
AZAL
|
1
|
1
|
|
Qarabağ
|
1 (1)
|
-
|
|
Bakı
|
1
|
1
|
|
Simurq
|
1
|
1
|
|
MOİK
|
1
|
1
|
|
XL
|
-
|
-
|
Penalti vuran oyunçular:
Deon Barton (Qəbələ) – 3
Ceyhun Sultanov (Gəncə) – 2
Mario Souza (İnter) - 2 (1)
Bahodir Nasimov (Neftçi) - 2 (1)
Jaba (Bakı) – 1
Flavinyo (Neftçi) – 1
Qvidas Yuşka (AZAL) – 1
Şalva Pirtsxalava (Turan) – 1
Girts Karlson (İnter) – 1
Baçana Sxadadze (Simurq) – 1
Vurğun Hüseynov (Turan) – 1
Nuran Qurbanov (MOİK) – 1
Miloş Zeçeviç (Muğan) – 1
Elnur Abdullayev (Muğan) - 1 (-)
Emin İmaməliyev (Qarabağ) - 1 (-)
Qapısına penalti təyin olunan komandalar
|
Qəbələ
|
1
|
1
|
|
Neftçi
|
-
|
-
|
|
İnter
|
1
|
1
|
|
Gəncə
|
2 (1)
|
1
|
|
Turan
|
-
|
-
|
|
Muğan
|
3 (1)
|
2
|
|
AZAL
|
1
|
1
|
|
Qarabağ
|
-
|
-
|
|
Bakı
|
1
|
1
|
|
Simurq
|
4 (1)
|
3
|
|
MOİK
|
7 (1)
|
6
|
|
XL
|
-
|
-
|
Qapısına penalti təyin olunan qapıçılar:
Amiran Qventsadze (MOİK) - 4 (1)
Adnan Hodziç (Simurq) - 4 (1)
İrfan Feyziç (Muğan) - 3 (1)
Edis Kurtanoviç (Gəncə) - 2 (1)
Pavel Doroşev (Qəbələ) – 1
Georgi Lomaya (İnter) – 1
Samir Babayev (MOİK) – 1
Marko Şarliya (Bakı) – 1
Cahangir Həsənzadə (AZAL) – 1
Tariyel Hüseynov (MOİK) – 1
Davud Kərimi (MOİK) - 1
