1 yanvar 2011 13:52
`Gəncə` Rafael Əmirbəyovla da yollarını ayırdı
`Gəncə` daha 5 futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, öncə Vladimir Kozlenko və Patris Nikeudu ilə yollarını ayıran bölgə klubu ardından daha 3 əcnəbi, 3 yerli oyunçusunu komandada saxlamamağa qərar verib.
Belə ki, `Gəncə` kamerunlu Armand Feutçine, gürcülər Georgi Seturidze lə Levan Mdvinişvili ilə yanaşı, müdafiəçi Rafael Əmirbəyov və yarımmüdafiəçi Rəhman Əzizova da qapını göstərib. Onlardan yalnız Rafaelə azad agent statusu verilib. Qalanları transferə çıxarılıb. `Gəncə`dən daha bir neçə futbolçunun ayrılacağı istisna olunmur.
