1 yanvar 2011 14:04
Məmmədov `Qarabağ`la müqavilə bağlamağa tələsmir
Azərbaycan yığmasının da şərəfini qoruyan yarımmüdafiəçi Elvin Məmmədov `Qarabağ`la müqaviləsinin müddətini artırmağa tələsmir. Azerisport.az xəbər verir ki, futbolçuyla klubu arasında danışıqlar davam etsə də, maliyyə məsələlərində ortaq məxrəcə gəlmək mümkün deyil.
Qeyd edək ki, Məmmədov son dövrlər əsas heyətə düşmək baxımından müəyyən problemlərlə üzləşdirdi. Digər tərəfdən onun `Bakı`ya keçəcəyi də xeyli vaxtdı ki, gündəmdədi.
