1 yanvar 2011 14:42

“Bu Yeni ili hələ çox xatırlayacam”

Azərbaycan yığmasının və `Bakı`nın yarımmüdafiəçisi Fabio Luis Ramimin azerisport.az saytına müsahibəsi.
 
- Niyə siz digər legionerlərin hamısından fərqli ölkəmizdə qalmağa, Yeni ili Bakıda keçirməyə qərar verdiniz?
- Bakı mənim üçün qətiyyən özgə şəhər sayılmır. Məni burda sevirlər və hörmət edirlər. Bu birincisi. İkincisi Braziliyaya uçmaq xeyli vaxt alır. Ora gedib-gəlmək üçün 40 saat vaxt ayırmalısan hər dəfə. Mənim üçünsə hər günüm qiymətlidi. Həm də `Bakı` artıq yanvarın ilk günlərindən təlim-məşq toplanışına yığışacaq.
 
- Bəs doğmaların?
- Bu problem yoluna qoyulub. Anam, həyat yoldaşım və qızım yanıma gəliblər. Düşünürəm ki, yeni ildən sonra onlar heç Azərbaycanı tərk etmək belə istəməyəcəklər. Prinsipcə, sevdiklərin yanındadırsa, sənin harda olmağının o qədər də önəmi yoxdu.
 
- Bakıdakı Yeni il sənin üçün nə ilə yadda qalmış olacaq?
- Mən artıq iki ildi ki, normal istirahət edə bilmirəm. Futbol və yollar. Yayda avrokuboklar, qışda təlim-məşq toplanışları. Ancaq buna görə istirahət edə bilmirəm. Mən çox yorulmuşam. Şəhərə çıxıb əylənməyi planlaşdırıram. Bu Yeni ili hələ çox xatırlayacam.
 
- Hara çıxmağı planlaşdırırsan?
- Doğmalarıma şəhərin mərkəzini göstərmək istəyirəm. Oralar çox gözəl və insanlarla gur olur. Tarixi məkanları göstərəcəm. Restorana və mağazalara gedəcəyik.
 
- Sizin artıq Bakıda sevdiyiniz məkan var?
- Bir neçə yer var. Amma Bakının hər yeri yaxşıdı. Bu, hazırda Avropanın ən yaxşı şəhərlərindən biridi.
 
- 2010 sizin üçün necə yaddaqalan oldu?
- Bir çox şeylərlə. Qələbələrlə də, məğlubiyyətlərlə də. İl demək olar ki, bizim üçün sürpriz alındı. Yeni ildə isə bizə özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Təsnifat mərhələsinin son 3 oyunundan maksimum nəticəylə ayrıla bilsək, deməli bizim üçün hər şey yaxşı qurtaracaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.