1 yanvar 2011 15:38
`Bakı` ilk altılığa düşə bilməyəcək
Premyer Liqanın cari mövsümündə ilk altılıqdan kənar qalacaq komanda `Bakı` olacaq. Azerisport.az saytının oxucuları arasında keçirdiyi sorğuya qatılanlar bu qənaətdədir.
“İlk altılıqdan kənar qalacaq bəxtsiz hansı komanda olacaq” sualıyla müraciət etdiyimiz respondentlərin 53 faizi məhz qış fasiləsinə 6-cı pillədə yollanan `Qəbələ`dən 2 xal geri qalan paytaxt klubunun bu fərqi son 4 turda aradan qaldırmayacağını düşünür. 27 faiz oxucumuz isə `Qəbələ`nin eyni aqibəti yaşayacağını düşünür. AZAL, `İnter` və `Qarabağ`ın isə hazırkı mövqeyini əldən verəcəyinə çox az adam inanır.
