1 yanvar 2011 15:50
Azərbaycanlı futbolçunun komandası üçün yeni baş məşqçi
Türkiyənin Bank Asiya birinci liqa komandalarından olan `Kartalspor`un yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həmyerlimiz Vitali Kovalyovun çıxış etdiyi komandanı bundan sonra `Diyarbakırspor`la yollarını ayıran Engin Korukır çalışdıracaq.
Qeyd edək ki, `Kartalspor` mövsümə başladığı Ergün Penbenin istefasının ardından, Kadri Özcanla prinsipial razılığa gəlmişdi. Lakin sonradan tərəflər arasında tam razılıq əldə oluna bilməyincə, klub rəhbərliyi məhz Korukır ilə münasibətlərini rəsmiləşdirib. Ergün Penbenin dövründə əsas heyət üzünə həsrət qalan Kovalyovun yeni baş məşqçinin dövründə hansı aqibəti yaşayacağı maraq doğurur.
